"Mançester Yunayted"in qapıçısı Andre Onana tarixdə üç fərqli klubla üç avrokubok finalında məğlub olan ilk futbolçu olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Sovetski Sport" məlumat yayıb .
Mayın 21-də "qırmızı şeytanlar"ın qapısını qoruyan Onana Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesabı ilə uduzub.
O, 2022/2023 mövsümündə Çempionlar Liqasının finalında İtaliyanın "İnter"ində çıxış edən zaman "Mançester Siti"yə də 0:1 hesabı ilə uduzub.
2016/2017 mövsümündə isə onun oynadığı Niderland təmsilçisi "Ayaks" klubu Avropa Liqasının finalında "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzub.