"Mançester Yunayted"dən "Trabzonspor"a keçən Andre Onana ilk görüşünü "Fənərbağça"ya qarşı keçirəcək.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli qolkiper sentyabrın 11-də klubla məşqlərə qatılacaq.
Tərəflər arasında imzalanan müqaviləyə əsasən "Trabzonspor" klubu futbolçunun performansından razı qalacağı təqdirdə birdəfəlik transfer etmək hüququna sahib olacaq.
Qeyd edək ki, Andre Onananın hazırkı transfer dəyəri 25 milyon avrodur.