Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Anri "Qarabağ"ın hansı ölkəni təmsil etdiyini bilməyən Karragerə dərs keçdi
Məşhur "CBS Sports" telekanalında yayımlanan verilişdə maraqlı bir hadisə yaşanıb.
Rekord.az xəbər verir ki, tanınmış aparıcı Keyt Abdo daimi ekspertlər Ceymi Karraqer və Mayka Riçardsa bu il Avropa Liqasında oynayan klubların ölkələrini tapmağı təklif edib.
Suallardan biri "Qarabağ"la bağlı olub. "Bu klub hansı ölkəni təmsil edir?" sualına 3 cavab variantı verilib: Gürcüstan, Qazaxıstan, Azərbaycan. Riçards cavabı doğru tapıb, Karrager isə Gürcüstanın adını çəkib.
Sonda digər ekspert Tyerri Anri klubumuz haqda məlumat verib, təmsilçimizin Birinci Qarabağ müharibəsi zamanı doğma Ağdamdan didərgin düşdüyünü və oyunlarını paytaxt Bakıda keçirdiyini qeyd edib.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR
- Azarkeşsiz oyunlar: "Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"