31 gündən sonra başlayacaq ilk Avropa Oyunlarının təbliği məqsədilə ANS TV yeni layihəyə start verir.
Oxu.Az xəbər verir ki, bu gündən etibarən siz telekanalın aparıcılarını yeni obrazda görəcəksiniz.
ANS-in məşhur simaları idmançıya çevriləcəklər. Layihəyə ilk olaraq “Passport” verilişinin aparıcısı Sevinc Eminzadə və “Xəbərçi” Əfsanə Mehdiyeva, “Passport” verilişinin aparıcısı Kənan Hakimov start verirlər.
Layihənin davamı da gələcək.
Xatırladaq ki, bu, ANS TV-nin Avropa Oyunları ilə bağlı ilk təşəbbüsü deyil. Oyunlara hazırlığın işıqlandırılması, Avropa miqyaslı yarışın təbliği məqsədilə ANS-in məşhurları hər həftə bir idman obyektinə gedib onun fəaliyyəti ilə tanış olurlar.
E.Ə.
www.oxu.az