İngiltərə Premyer Liqasında XIV turun son görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, Londonda baş tutan qarşılaşmada “Totenhem” 2:0 hesabı ilə “Brentford”u məğlub edib.
Bununla da komanda turnir cədvəlində 6-cı sıraya yüksəlib.
“Mançester Yunayted” isə öz meydanında digər London təmsilçisi “Arsenal”ı qəbul edib.
Prinsipial qarşılaşma “qırmızı şeytanlar”ın əzmkar qələbəsi ilə nəticələnib – 3:2.
“Mançester Yunayted”in heyətində Kriştianu Ronaldo iki top vuraraq növbəti dubla imza atıb.