“Barselona” və Argentina millisinin sabiq üzvü Serxio Aquero Çempionlar Liqasında Madrid “Real”ı ilə oyundan sonra PSJ-nin hücumçusu Lionel Messinin ünvanına səsləndirilən tənqidləri əsassız adlandırıb.
Bu barədə o jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Messinin penaltisi çox uğursuz oldu. Ancaq Leo yaxşı oynadı. Bunu Leo dostum olduğu üçün demirəm. Messi həqiqətən çox yaxşı oynadı. Çox fəal idi. Penaltiyə görə təəssüflənirəm, ancaq hər kəsin başına gələ bilər. Bundan sonra o möhtəşəm idi. Fransa jurnal və qəzetləri onu məhv edir. Mənim fransız jurnalı ilə müsahibəm vardı. Ancaq imtina etdim, dedim ki, yox, mən Messini dəstəkləyirəm”.
Qeyd edək ki, oyundan sonra Messi mümkün olan 10 baldan üçünü qazanıb. Belə ki, Mbappe ve Tibo Kurtuanın oyunu səkkiz balla qiymətləndirilib.
Mənbə: Sports.ru