Millimizin futbolçusu Araz Abdullayev Kiprin “Anorsosis” klubunun heyətində növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Kipr çempionatının XIX turunda AEK-ə 3:1 hesabı ilə qalib gəldikləri oyun futbolçumuz üçün uğurlu alınıb.
Fəallığı ilə seçilən yarımmüdafiəçi komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
O, 3-cü dəqiqədə hesabda geri düşən komandasının önə keçməsinə verdiyi iki məhsuldar ötürmə ilə töhfə verib. Araz Abdullayev 51-ci dəqiqədə portuqaliyalı Juau Viktorun, 74-cü dəqiqədə isə bolqarıstanlı Vladimir Qadjevin qol vurmasına kömək edib.
Qeyd edək ki, bu qələbədən sonra “Anorsosis” xalını 40-a çatdıraraq liderliyə yüksəlib.
S.T.
www.oxu.az