Kiprin “Anorsosis” klubu Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə yollarını ayırıb.
Oxu.Az Famaqusta təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi və 20 yaşlı vinger Nikolas Mateu klubdan göndərilib.
Araz Abdullayev müqavilə ilə bu ilin sonunadək məxsus olduğu “Qəbələ” klubuna dönəcək.
Qeyd edək ki, Araz Abdullayev başa çatan mövsümdə “Anorsosis”in heyətində otuz oyuna çıxıb və üç qol vurmaqla yanaşı, eyni sayda məhsuldar ötürmə verib.
S.T.
www.oxu.az