Kiprin “Etnikos” klubu millimizin üzvü Araz Abdullayevlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, tərəflər qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verib.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi ötən ilin iyununda “Etnikos”la 1 illik müqavilə imzalamışdı. O, Axna kəndinin təmsilçisi ilə Kipr çempionatında 12 matça çıxıb (584 dəqiqə) və qol vurmağı bacarmayıb. Komanda 8 xalla sonuncu – 12-ci pillədə idi.

Səbuhi Musayev