Azərbaycanlı biznesmen Araz Ağalarovun başçılıq etdiyi “Crocus Group” iki nəhəng layihənin inşasına start verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 2018-ci il Dünya Çempionatı üçün nəzərdə tutulan Rusiyanın Kalininqrad və Rostov şəhərlərində inşa ediləcək zövq oxşayan, müasir stadionların hərəsinin dəyərinin 15,2 milyard rubldan çox olacağı bildirilir.
Stadionların tamaşaçı tutumu 45 min nəfər olacaq.
Ümumilikdə götürdükdə Rusiyada keçirilən Dünya Çempionatı üçün 12 stadion tikintisi nəzərdə tutulsa da, Braziliya təcrübəsindən irəli gələrək FİFA prezidenti Zelp Blatter 10 stadionla kifayətlənə biləcəklərini qeyd edib.
Bu arada istifadəsi təxirə salınması ehtimal edilənlər arasında “Crocus Group”un Kalininqradda tikəcəyi stadion da var.
Oxu.Az ilk ikisi “Crocus Group”un olmaqla Rusiya mundialının bütün arenalarının fotolarını təqdim edir: