"Araz-Naxçıvan" futbol klubu yarımmüdafiəçi Əyyub Allaşla yollarını ayırmağı planlaşdırır.
Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, klub bu qış belçikalı futbolçunu böyük ümidlərlə heyətinə cəlb etsə də, zədə aldığı üçün o, komandaya köməklik göstərə bilməyib. Buna görə də klub onunla yollarını ayırmaq variantını nəzərdən keçirir.
Əlavə edək ki, Allaşın "Araz-Naxçıvan"la növbəti mövsümün sonuna qədər müqaviləsi var.
Mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla bu ilin əvvəlində "6 ay +1 illik" müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldova "Şerif"ində çıxış edib.
Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək "Qəbələ"nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.