"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev cərrahiyyə əməliyyatı olunub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, menisk əməliyyatı keçirən futbolçu hazırda özünü yaxşı hiss edir.
Kapitan sabah xəstəxananı tərk edəcək, müalicəsini evdə davam etdirəcək.
Onun 15-18 gündən sonra məşqlərə başlayacağı gözlənilir.
Rəylər