“Real Madrid" İspaniya Kubokunun 1/16 final mərhələsi çərçivəsində səfərdə dördüncü divizion təmsilçisi “Arandino” ilə qarşılaşıb.
“El Montesilyo” stadionunda baş tutan matç “Kral klubu”nun qələbəsi ilə yekunlaşıb - 1:3.
Matçda hesabı Madrid təmsilçisi açıb. Xoselu 54-cü dəqiqədə penaltidən fərqlənib. Brahim Dias 55-ci dəqiqədə hesabı 2:0-a çatdırıb. Rodriqu əlavə olunmuş vaxtda üçüncü qolu vurub. Naço isə avtoqol müəllifi olaraq ev sahiblərini sevindirib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü Arda Güler “Real Madrid”in heyətində debüt edib. Start heyətində matça çıxan A.Güler 59-cu dəqiqədə əvəzlənib.