Ötən günlərdə 5 karatlık brillyantla sevgilisi Aslıhan Doğana evlilik təklif edən Arda Turan ata olacaq.
Oxu.Az xəbər verir ki, bu iddianı türkiyəli jurnalistlər ortaya atıb. Belə ki, iki dəfə ayrılıb, yenidən barışan cütlüyün 15 gün içində evlənəcəyi deyilir.
Buna səbəb isə Aslıhan Doğanın hamilə olmasıdır.
Onlar gələn həftə Çırağan Sarayında nişan və xına gecəsini, sonrakı həftə isə Marmarisdə toy mərasimlərini edəcəklər.
Qeyd edək ki, ötən həftə Ardanın Aslıhanla kəbin kəsdirməsi barədə xəbər yayılmışdı.
Pərviz Hüseyn
www.oxu.az