Ukraynanın köklü klublarından olan "Şaxtyor Donetsk" Arda Turanı baş məşqçi təyin edib.
Oxu.Az xəbər verir ki, klubdan verilən açıqlamada 38 yaşlı Turanla 2027-ci ilin yayına qədər davam edəcək müqavilə imzalandığı bildirilib.
Arda Turan "Şaxtyor Donetsk" tarixində 39-cu məşqçi kimi çalışacaq.
Turanın yeni vəzifəyə başladıqdan sonra sosial media hesabında etdiyi dəyişikliklər də gündəmdə olub.
Uzun illər "Instagram" profilində "Yalnız Qalatasaray" yazısını yerləşdirən Turan bu ifadəni çıxarıb və yerinə "Arda Turanın rəsmi hesabı | Shakhtar Manager" yazısını əlavə edib.
