ABŞ-nin qlobal ticarət siyasətində yaratdığı gərginlik nəticəsində 84 milyon iş yeri ixtisar riski ilə üz-üzədir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə təqdim etdiyi hesabatda bildirilir.
Qeyd edilir ki, bu iş yerləri 71 ölkədə ABŞ-də olan istehlak tələbatı ilə birbaşa və ya dolayı əlaqəlidir. Onlardan 56 milyonu Asiya-Sakit Okean regionunda cəmləşir.
Ən çox risk altında olan ölkələr isə Kanada və Meksikadır - bu iki ölkədə təxminən 17.1% iş yeri ixtisar təhlükəsi ilə qarşı-qarşıyadır.