Türkiyə millisinin futbolçusu Arda Turanın ölkəsinə qayıtdığını xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, Arda İspaniyanın “Barselona” klubuna məxsus olsa da, 2,5 illiyə Türkiyənin “Başakşəhər” komandasında çıxış edəcək.
O, dünən tibbi baxışdan keçib. Onun qanı vasitəsilə həkimlər tərəfindən daxili xəstəlikləri yoxlanılıb, göz, qulaq, burun, boğaz, ortopedia, ümumi cərrahi və kardioloji müayinələri aparılıb.

S.T.
www.oxu.az