Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" UEFA Avropa Liqasının 2025/26 mövsümünün seçmə mərhələsinin ilk iki ev oyununu Lyublyanada keçirəcək.
Oxu.Az "Football Meets Data" portalına istinadən xəbər verir ki, komandanın görüşləri Sloveniyanın paytaxtında yerləşən "Stozice" stadionunda keçiriləcək.
Qərar Ukraynada beynəlxalq oyunların keçirilməsinə davam edən məhdudiyyətlərlə bağlıdır.
"Şaxtyor" Avropa Liqasında iştiraka birinci təsnifat mərhələsindən başlayacaq.