Arda Turanın meneceri Ahmet Bulut açıqlama verib.
Oxu.Az fanat.az-a istinadən xəbər verir ki, menecer müştərisi ilə bağlı İspaniya mətbuatının yaydığı məlumatı təkzib edib.
"Arda Turan "Barselona"da qalacaq", - deyə Ahmet Bulut Türkiyə mətbuatına qısa açıqlamasında bildirib.
Qeyd edək ki, bu gün İspaniya mətbuatı "Barselona"nın Arda Turanı iki mövsümlük "Qalatasaray"a icarəyə verdiyini iddia edib.