Güclü erməni şahmatçısı Levon Aronyan sentyabrın 10-da start götürəcək Dünya Kubokunda iştirak etmək üçün yola düşəcəyi Bakı səfərindən gözlədikləri barədə danışıb.
“Təəssüf ki, biz şahmatçılar üçün ölkələr arasındakı münaqişənin həllinə yardım etmək çətindir. Amma musiqiçilər, müxtəlif yaradıcı sənət nümayəndələri Azərbaycana sülhməramlı kimi gəlirlər, mən də onlardan nümunə götürəcəm.
Qonşu ölkəyə hörmət etdiyimi göstərməyə, ən yaxşı oyunumu nümayiş etdirməyə və yerli azarkeşlərə zövq yaşatmağa çalışacam”- Oxu.Az Aronyanın sözlərindən sitat gətirir.
F.H.
www.oxu.az