“Arsenal”ın və “Zenit” klubunun keçmiş yarımmüdafiəçisi Andrey Arşavin Norilskdə Rusiya millisinin əfsanələrinin iştirakı ilə keçirilən həvəskar qarşılaşmada vurduğu qoldan danışıb.
Rusiyanın ən tanınmış sabiq futbolçusu bildirib ki, karyerasında təzə başladığı və mini-futbol oynadığım dövrdə belə qol vurmaq onun arzusu olub.
“Futzalda tez-tez oldu kimi qapıçının irəli çıxdığını gördüm və topu onun başı üzərindən qapıya göndərmək qərarına gəldim. Uğurlu da alındı”, - deyə 40 yaşlı A.Arşavin bildirib.
Qeyd edək ki, Arşavinin vurduğu qol bir neçə gün ərzində milyonlarla baxış sayı qazanıb.