İngiltərə Premyer Liqasının VIII turunda "Arsenal" doğma meydanda "Everton"u 2:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma "Emireyts" stadionunda keçirilib.
Oyunda hesabı 7-ci dəqiqədə Ezri Konsa açıb. Qabriel Maqalyaeş isə 68-ci dəqiqədə fərqi iki topa çatdıraraq komandasının qələbəsini təmin edib.
Bu nəticədən sonra "Arsenal" 21 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala malik "Mançester Siti" əlavə göstəricilərə görə liderliyini qoruyur. "Everton" isə 10 xalla doqquzuncu yerdədir.