UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, "Arsenal" ilk oyununu ev stadionunda yarışın son qalibi "Real Madrid"ə qarşı keçirib.
Matçda əsas hadisələr ikinci hissədə baş verib. "Topçular" "kral klubu"nun qapısından 3 cavabsız qol keçiriblər - 3:0. Deklan Rays dublla yadda qalıb.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq. İki oyunun nəticəsinə əsasən üstün tərəf PSJ - "Aston Villa" cütünün qalibi ilə yarımfinalda görüşəcək.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal" - "Real Madrid" matçı start götürüb.
Oxu.Az xəbər verir ki, Madrid klubu paytaxt Londonda "Arsenal"ın qonağıdır.
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin "Arsenal" və İspaniyanın "Real Madrid" klubları üz-üzə gələcəklər.
Oyun Bakı vaxtı ilə saat 23:00-də start götürəcək.