Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən parkda 39 yaşlı qadın amansızcasına qətlə yetirilib.
Hadisəni törədən şəxsin isə onun həyat yoldaşı olduğu bildirilir. Şahidlərin sözlərinə görə, qətl qısqanclıq zəminində baş verib.
"Gördüm ki, qadın yıxılıb. Dedilər, bıçaqla vurulub. Oğlan hündürboy idi, elə bil ki, "nəşə" çəkmişdi", - hadisə şahidi deyib.
Qeyd edək ki, öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda qətl törədilib.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, aprelin 7-də saat 19 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən parkda qadın bıçaqlanaraq qətlə yetirilib.
Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.
Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.