Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Arturo Vidal 37 yaşında yenidən milliyə dəvət olundu
37 yaşlı yarımmüdafiəçi Arturo Vidal yenidən Çili millisinə çağırılıb.
Oxu.Az xəbər verir ki, onun komandası noyabrdakı beynəlxalq fasilədə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru və Venesuela komandalarına qarşı oynayacaq.
Ulduz futbolçu bir ildən artıqdır yığmaya dəvət olunmurdu.
Qeyd edək ki, Vidal 2024-cü ilin əvvəlindən öz ölkəsində "Kolo-Kolo"da çıxış edir. O, 2022-ci ilin yayından Avropa futbolundan kənarda qalıb. Yarımmüdafiəçi "Kolo-Kolo"dan əvvəlki ilyarımı Braziliyada "Flamenqo" və "Atletiko Paranaense"də çıxış edib.
"Arturo Vidal" teqi üzrə xəbərlər
Ən çox oxunanlar