Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Çempionlar Liqası: "Real Madrid" səfərdə "Atalanta"nı məğlub etdi
Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Atalanta" doğma meydanda "Real Madrid"i qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma 2:3 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Atalanta" klubu "Real Madrid"i qəbul edir.
Oxu.Az xəbər verir ki, Berqamoda yerləşən "Gewiss" stadionunda keçirilən oyun başlayıb.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Atalanta" klubu "Real Madrid"i qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Berqamoda yerləşən "Gewiss" stadionunda keçiriləcək görüşü polşalı hakimlər briqadası idarə edəcək.
Rəqiblərin heyətində ciddi itkilər var.
Belə ki, "Atalanta"dan Xuan Kuadrado, Ciorci Skalivini və Cianluka Skamakka, "Real Madrid"dən isə David Alaba, Eduardo Kamavinqa, Daniel Karvaxal, Eder Militao, Ferland Mendi zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, bu rəqiblər indiyədək ümumilikdə üç dəfə qarşılaşıblar. Görüşlərin hər biri "Real Madrid"in qələbəsi ilə başa çatıb (1:0, 3:1, 2:0).
Yayım Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Atalanta" - "Real Madrid" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz:
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ÇL: Liqa mərhələsinin ən yaxşı qolu açıqlandı
- UEFA reytinqi: "Qarabağ" bir pillə geriləyib
- UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb
- Qvardiola Çempionlar Liqasında yenə emosiyalarını saxlaya bilmədi: Başını və üzünü cırmaqladı
Rəylər