Bilbaodan olan “Atletik” futbolçuları İspaniyanın Superkubokuna sahib olublar, onlar iki matç boyu “Barselona”ya qarşı mübarizədə qalib gəliblər.
Oxu.Az xəbər verir ki, klublar arasında Barselonada “Kamp Nou” stadionunda baş tutumuş ikinci matç 1:1 hesabi ilə başa çatmışdı.
Ev sahibləri arasında qol ilə Lionel Messi, qonaqlarda isə Aritsa Aduris seçilib.
Komandaların Bilbaoda “Nuevo San-Mames” stadionunda baş tutan birinci görüşü “Atletik”in qələbəsi - 4:0 hesabı ilə başa çatıb. Beləliklə “Atletik” tarixdə ikinci dəfə İspaniya Superkubokuna sahib olub. Daha öncə bu, 1984-cü ildə olmuşdu.
Barselona-Atletik 1:1
Qollar: Messi, 42 – Aduris,74
Xəbərdarlıq: Boveda, Eraso, Aduris, Benyat-Pedro
Qırmızı vərəqə: Pike, 56 – Sola,86
E.Ə.
www.oxu.az