“Fikrimcə, ilin idmançısı olmağa əsas namizədlər Olimpiadada yer tutan və dünya çempionlarıdır. Məsələn, Rafael Ağayev, İrina Zaretskaya, Hacı Əliyev və Rafiq Hüseynov bu adı qazanmağa layiqdir”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O bildirib ki, prezidenti olduğu Atletika Federasiyasında yaxın günlərdə seçki keçiriləcək:
“Dekabrın 15-də Atletika Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək. Artıq bu barədə qərar qəbul olunub. Həndbolda olan durum barədə orada keçiriləcək Hesabat-Seçki Konfransından sonra fikir bildirə bilərəm. İlin sonu və ya 2022-ci ilin əvvəlinə kimi bütün federasiyalarda seçkilər keçiriləcək”.
Səbuhi Musayev