Avropa Olimpiya Oyunlarının rəsmi loqosu təqdim olunduqdan sonra iki Avropa klubu da formalarını yeniləyib
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Bakı”nın və “Baghlan Group” şirkətlər qrupunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə İspaniyanın “Atletiko” Madrid və Fransanın “Lans”klublarının formalarının üzərində “Baku 2015”yazısı olan loqo yapışdırılıb.
Buna qədər bu klublar “Land of fire Azerbaijan” yazılı forma ilə çıxış edirdi.
Artıq hər iki klub yeni formaları ilə ilk oyunlarını keçiriblər.