"Atletiko Madrid" rəhbərliyi Viktor Qyökereşin transferi üçün "Sportinq"lə rəsmi danışıqlara başlayıb.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, futbolçunun transferi 65-70 milyon avroya başa gələ bilər.
Tərəflər arasında ilkin razılıq əldə olunsa da, "Sportinq" rəsmiləri Qyökereş üçün 100 milyon avro tələb edirlər.
Qeyd edək ki, Viktor Qyökereşin transfer qiyməti 75 milyon avrodur.