Madridin “Atletiko” futbol klubunun hücumçusu Mussa Dembele məşq zamanı huşunu itirib. Hadisənin videosu sosial şəbəkələrdə yayılıb.
Kadrlarda oyunçunun isinmə hərəkətləri zamanı gözlənilmədən yerə yıxılması əks olunur. Bir müddət sonra ayılan Dembele özü yeriyərək təcili yardım maşınına tərəf gedir.
Klubdan verilən rəsmi məlumata görə, hücumçunun təzyiqi aşağı düşüb.
Yerli jurnalistlər bildirirlər ki, Dembele məşq bazasından öz avtobili ilə gedib və onun səhhətində ciddi problem yoxdur.
🔴⚪️ ÚLTIMA HORA | @MDembele_10 ha sufrido un desmayo en el entrenamiento de esta tarde
— El Partidazo de COPE (@partidazocope) March 23, 2021
🏥Según ha informado el @Atleti ha sufrido una bajada tensional leve. Está en observación, sus costantes vitales son normales. Pendiente de evolución
📽️ @DirectoGolpic.twitter.com/Cfa0KbZHrl