Melbrunda mükafat fondu 54 milyon dollar olan tennis üzrə “Australia Open” çempionatının kişilər arasındakı fərdi yarışlar üzrə final oyunu keçirilib.
Həlledici qarşılaşmada ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev qarşılaşıb.
Gərgin keçən oyunun ilk iki setində rusiyalı atlet üstün olsa da, sonradan inanılmazı gerçəkləşdirən “torpaq örtüklərin kralı” əvvəlcə hesabı bərabərləşdirə, həlledici setdə isə qalib gələ bilib.
Qarşılaşmanın taleyi prineylinin qələbəsilə başa çatan beşinci setdə həll olunub. Beləliklə də, Nadal ilin ilk “Böyük dəbilqə” mükafatına yiyələnib.
Onu da bildirək ki, bu, Nadalın sayca 21-ci “Böyük dəbilqə” mükafatıdır. Bu göstərici üzrə o, həmkarları arasında liderdir.
Xatırladaq ki, kişilər arasında dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç vaksinasiya ilə bağlı sənədlərindəki problemlərə görə Avstraliya ərazisinə buraxılmayıb və turnirdə iştirak imkanından məhrum olub.
İşte Rafael Nadal’ın şampiyon olduğu an! 🔥👀
— S Sport (@ssporttr) January 30, 2022
Tam 5 saat 24 dakika süren inanılmaz mücadele! 🤯
pic.twitter.com/JrSQfrcSyW
Mənbə: sports.ru