Formula-1 üzrə “Mercedes” komandasının pilotu Lyuis Hemilton "Autosport Awards"ın illik mərasimində iki mükafata layiq görülüb.
Oxu.Az xəbər verir ki, tamaşaçıların səsverməsi nəticəsində Hemilton 2017-ci ilin ən yaxşı pilotu nominasiyasının qalibi olub. O, həmçinin ən yaxşı Britaniya pilotu adını alıb.
Qeyd edək ki, Hemilton beşinci dəfədir ki, ilin ən yaxşı pilotu seçilir.
N.O.