Sloveniyanın paytaxtı Lyublyanada futzal üzrə 2018-ci il Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandası D qrupunda son Avropa çempionları İspaniya və Fransa komandaları ilə eyni qrupda mübarizə aparacaq.
Digər qruplarda püşkatmanın nəticəsi belə olub:
A qrupu
Sloveniya, İtaliya, Serbiya;
B qrupu
Rusiya, Qazaxıstan, Polşa;
C qrupu
Portuqaliya, Ukrayna, Rumıniya.
D qrupu
Azərbaycan, İspaniya, Fransa
Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2018-ci ilin yanvarın 30-dan fevralın 10-dək Lyublyana şəhərində keçiriləcək. Final mərhələsində 12 komanda iştirak edir.