Bu gün AVRO-2020-də 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək.
Turun Bakı Olimpiya Stadionunda baş tutacaq oyununda Çexiya millisi ilə Danimarka yığması qarşılaşacaq.
Günün ikinci qarşılaşmasında isə Ukrayna və İngiltərə milliləri güclərini sınayacaq.
3 iyul
1/4 final
20:00 Çexiya - Danimarka
Baş hakim: Byon Kuipers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu
23:00 Ukrayna - İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. Stadio Olimpiko
Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.