AVRO-2020-də avtoqolların sayı artmaqda davam edir.
Xorvatiya və İspaniya yığmaları arasında keçirilən növbəti 1/8 final görüşünün 20-ci dəqiqəsində qeydə alınan avtoqolla onların ümumi sayı artıq 9-a çatıb.
Maraqlısı isə odur ki, indiyədək turnirin tarixi ərzində də (1960-2016-cı illərdə) cəmi 9 avtoqol qeydə alınıb.
Xatırladaq ki, builki qitə çempionatında topu öz qapısından keçirənlərin siyahısında Mats Hümmels (Almaniya), Voyçex Şçensnı (Polşa), Merih Demiral (Türkiyə), Ruben Diaş və Rafael Qerreyru (Portuqaliya), Lukaş Qradetski (Finlandiya), Martin Dubravka və Yuray Kutska (Slovakiya), eləcə də Pedrinin (İspaniya) adları var.