Bu gün AVRO-2020-yə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, turnirin final oyununda İtaliya və İngiltərə yığmaları üz-üzə gələcək.
Londondakı “Uembli” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.
Finala qədər İtaliya 12, İngiltərə isə 10 qol vurub. Əvəzində Britaniya təmsilçisi qapısında cəmi 1 top görüb. İtaliyalıların buraxdığı qol sayı isə 3-dür.
Qeyd edək ki, İngiltərə yığması tarixində ilk dəfə Avropa çempionatında finala yüksəlib. 55 il əvvəl dünya çempionu olmuş ingilislər ilk dəfə qitənin də güclüsü olmağa namizəddir.
İtaliya millisi isə ikinci dəfə qitə çempionu ola bilər. İlk dəfə 1968-ci ildə Avropanın ən güclüsü olmuş italyanlar 53 illik həsrətə son qoymağı hədəfləyiblər. Bu komanda AÇ-2000 və AÇ-2012-də finalda uduzub.
AVRO-2020
Final
23:00 İtaliya – İngiltərə
Baş hakim: Byörn Kuypers (Niderland)
London, “Uembli” stadionu