Bu gün keçirilmiş AVRO-2020-nin D qrupunun Çexiya – İngiltərə matçının (0:1) ulduz futbolçusu müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu, matçın 12-ci dəqiqəsində vurulan yeganə qolda yaxından iştirak etmiş Bukayo Sakadır.
Bu oyun Nigeriya əsilli Bukayo Sakanın AVRO-2020-də debüt matçı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə Ceydon Sanço ilə əvəzlənib.
Qeyd edək ki, 19 yaşlı cinah oyunçusu “Arsenal”dakı ilk ev oyununda debütünü 2018-ci ilin dekabrın 13-də “Qarabağ”la Avropa Liqası matçında reallaşdırıb.
Səbuhi Musayev