Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AVRO-2024: Azərbaycan millisi Estoniyaya qalib gəldi - YENİLƏNİB + VİDEO
Avro-2024-ün seçmə mərhələsində keçirilən Estoniya - Azərbaycan oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları doqquzuncu dəqiqədə Toral Bayramov və 45+4-cü dəqiqədə penaltidən Ramil Şeydayev vurublar.
Bu, Azərbaycan millisinin qrup mərhələsində ilk qələbəsi olub. Xallarını dördə çatdıran komanda F qrupunda dördüncü pillədədir.
Bir xalı olan Estoniya sonuncu - beşincidir.
Qeyd edək ki, Futbol üzrə Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatlarının seçmə mərhələsində səfər qələbəsi əldə edib.
Azərbaycan yığması daha əvvəl yeddi dəfə seçmə mərhələlərdə iştirak etsə də, heç vaxt səfər oyununda qalib gəlməyi bacarmayıb.
Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 16-da Bakıda Avstriyaya qarşı keçirəcək.
21:08
AVRO-2024-ün seçmə mərhələsində keçirilən Estoniya - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, Tallindəki “A. Le Koq Arena”da təşkil olunan matçın ilk hissəsindən sonra yığmamız iki topluq üstünlüyə malikdir.
Qolları Toral Bayramov və Ramil Şeydayev vurublar - 2:0.
20:54
Futbol üzrə Azərbaycan və Estoniya milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ilk hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, Tallindəki “A. Le Koq Arena”da təşkil olunan qarşılaşmanın birinci yarısını millimiz 2:0 hesablı üstünlüklə başa vurub.
Rəqib qapısından topları Toral Bayramov və Ramil Şeydayev keçiriblər.
20:51
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər oyununda üstünlüyünü artırıb.
Oxu.Az xəbər verir ki, Ramil Şeydayev 45+4-cü dəqiqədə ikinci topu rəqib qapısından keçirib. O, penaltidən fərqlənib.
Azərbaycan yığması hazırda 2:0 hesabı ilə öndədir.
20:13
Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.
Komandamız 9-cu dəqiqədə fərqlənib.
Toral Bayramov dəqiq baş zərbəsi ilə ev sahiblərini mərkəzə dəvət edib.
Azərbaycan yığması hazırda 1:0 hesabı ilə öndədir.
20:12
Tallində Estoniya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin VII tur oyunu başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
“A. Le Koq Arena”da keçirilən matçı almaniyalı Robert Şröder idarə edir.
19:08
AVRO-2024-ün seçmə mərhələsinin VII turunda üz-üzə gələcək Estoniya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.
“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Estoniya: 12. Karl Yakob Hein, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vassilyev (k), 17. Martin Miller, 20. Markus Poom.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyamaa, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaştşuk, 23. Vlasi Sinyavski.
Baş məşqçi: Tomas Heberli.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Qeyd edək ki, bu gün Tallində oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
"AVRO-2024" teqi üzrə xəbərlər
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub