Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AVRO-2024: Xorvatiya - Albaniya matçında qalib müəyyənləşmədi
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
Oyunda hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. İki dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olaraq xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurub. Xorvatiya komandasının qapısına yol tapan yarımmüdafiəçi komandasının bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, xorvatların heyətində Andrey Kramariç qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 33 yaşlı hücumçu Albaniya ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.
Xatırladaq ki, xorvatlar B qrupunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.
Futbol üzrə 2024-cü il Avropa çempionatının B qrupu çərçivəsində Xorvatiya və Albaniya milliləri arasında görüş başlayıb.
Oxu.Az-ın məlumatına görə, Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.

"AVRO-2024" teqi üzrə xəbərlər
- Futboldan uzaqlaşdırılan ingiltərəli hakim kuryerlik etməyə başlayıb
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb