Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AVRO-2024: İspaniya B qrupunda maksimum nəticə göstərib
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma "buğalar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəldən 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupundakı xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin sonuncu turu çərçivəsində Albaniya və İspaniya milli komandaları arasında oyuna start verilib.
Oxu.Az-ın məlumatına görə, görüş Düsseldorf şəhərindəki "Merkur Spiel-Arena" stadionunda keçirilir.
Oyunu isveçli Qlenn Nyberqin başçılıq etdiyi hakimlər heyəti idarə edir.
Xatırladaq ki, iki turda 6 xal toplayan İspaniya millisi turnir cədvəlinə başçılıq edir və artıq B qrupundan "play-off"a çıxışı təmin edib. İtaliya 3 xalla ikincidir. Üçüncü və dördüncü yerləri hərəyə bir xalı olan Albaniya və Xorvatiya yığmaları tuturlar.
"AVRO-2024" teqi üzrə xəbərlər
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
Rəylər