Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AVRO-2024: Niderland Rumıniyanı böyük hesabla məğlub edib
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 2:0.
Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son nəticəsini təyin edib.
1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.
Rumıniya və Niderland milli komandaları arasında 2024-cü il futbol üzrə Avropa çempionatının 1/8 final matçına start verilib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Almaniyanın Münhen şəhərindəki "Allianz Arena" stadionunda keçirilir.
Matçı Feliks Zvayerin (Almaniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, qrup mərhələsində Rumıniya E qrupunda birinci (4 xal), Niderland isə D qrupunda üçüncü yeri (4 xal) tutub.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər