Bu gün UEFA-nın Avropa və Konfrans Liqalarında pley-off mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, Avroliqada günün maraqla gözlənilən qarşılaşması İspaniyada gerçəkləşib. Çempionlar Liqasında mübarizəni dayandırmış “Barselona” “Napoli”ni qəbul edib. Tərəflər arasındakı oyun gərgin keçsə də, sonra minimal hesablı “sülh”lə nəticələnib – 1:1
“Borusiya” (Dortmund) - “Reyncers” matçında gözlənilməz nəticə qeydə alınıb. Belə ki, şotlandlar səfərdə almanları darmadağın ediblər - 2:4
Konfrans Liqasında çıxış edən “Fənərbağça” isə İstanbulda Çexiya “Slavia”sına uduzub - 2:3.
Qeyd edək ki, hər iki turnirdə cavab qarşılaşmaları 24 fevralda baş tutacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
“Barselona” (İspaniya) – “Napoli” (İtaliya) 1:1
“Rapid” (Avstriya) – “Vitess” (Niderland) 2:1