UEFA Avropa Liqasında pley-off qarşılaşmalarına start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə Türkiyə təmsilçisi “Qalatasaray” Çexiya “Sparta”sı ilə üz-üzə gəlib.
Praqa klubu oyunun 19-cu dəqiqəsində qapısında qol görüb. Demirbay İkardinin ötürməsindən sonra fərqlənib - 1:0. Lakin qonaqlar 47-ci dəqiqədə Presiadonun qolu ilə hesabı bərabərləşdiriblər - 1:1.
61-ci dəqiqədə Kreyçiy avtoqola imza ataraq “cim-bom”u önə çıxarıb - 2:1. Bir dəqiqə sonra Nelson qırmızı vərəqə alaraq sarı-qırmızıları azlıqda qoyub. 65-ci dəqiqədə isə çexlər say üstünlüyündən yararlanaraq Kuxtanın qolu sayəsində hesabı yenidən bərabərləşdiriblər - 2:2.
80-ci dəqiqədə qonaq futbolçu Rıneş ikinci sarı vərəqədən sonra meydançadan qovulub. 90+1-ci dəqiqədə isə İkardinin qolu İstanbul klubuna qələbə qazandırıb - 3:2.
Qeyd edək ki, cütlük arasındakı cavab oyunu fevralın 22-də Praqada baş tutacaq.