Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
"Tipos Arena"dakı qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.
Günün digər görüşlərində Rumıniya Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya Monteneqronu (2:0) məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi.
Minifutbol üzrə Azərbaycan millisi bu axşam Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, kollektivimiz 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.
Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.