Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropa çempionatı: Azərbaycan millisi ikinci qələbəsini qazanıb
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.
Oxu.Az-ın məlumatına görə, İtaliya kollektivi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.
"Avropa çempionatı" teqi üzrə xəbərlər
- Azərbaycan millisindən Avropa çempionatında növbəti MƏĞLUBİYYƏT
- Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub
- Avropa çempionatında sonuncu oyununa çıxan Azərbaycan millisi məğlub oldu
- Azərbaycan cüdoçusu klublararası Avropa çempionatında iştirak edəcək
- Avropa Çempionatı: Azərbaycan millisi Serbiya seçməsinə qarşı
Ən çox oxunanlar