Finlandiyada keçirilən güləş üzrə Avropa çempionatında iştirak müddətinin artıq yarısı keçilib.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, üçgünlük yarışlardan sonra Azərbaycanın güləş üzrə yığma komandası altı çəki kateqoriyası üzrə 3 medala (bir qızıl və iki gümüş) layiq görülərək, ümumi komanda yarışlarında, yalnız Rusiyaya (üç qızıl və iki gümüş medalla) məğlub olaraq 2-ci yeri tutub.
Qadın turnirində isə Azərbaycan yığma komandası bir qızıl və bir gümüş medalla 3-cü yerdədir. 1-ci yerdə Rusiya (üç qızıl və bir bürünc medal), 2-ci yerdə isə (iki qızıl və bir bürünc medalla) İsveçdir.