Azərbaycanın paracüdo üzrə milli komandası Bakıya qayıdıb.
Oxu.Az xəbər verir ki, komandamız iyulun 30-da səhər saatlarında Bakıya çatıb.
Çempionlarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ailə üzvləri, idman həvəskarları və media nümayəndələri qarşılayıb.
Qeyd edək ki, paracüdoçularımız Avropa çempionatında bütün rəqiblərini məğlub edərək Avropanın ən güclü komandası adına layiq görülüb.
Millimizin üzvləri Avropa çempionatında ümumilikdə 10 medal qazanıblar. Bununla yanaşı, komanda yarışlarında Azərbaycan millisi qitənin ən yaxşı komandası adını qazanıb.
Kamil Əmirli, Elşad Mətləboğlu