Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa çempionumuz niyə Azərbaycan çempionatında iştirak etməyib? - SƏBƏB
Xəbər verdiyimiz kimi, cüdo üzrə Azərbaycan çempionatı dünən başa çatıb.
Oxu.Az xəbər verir ki, aparıcı milli üzvlərimizdən Kəramət Hüseynov (-60 kq), Hidayət Heydərov (-73 kq), Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerskaya (+78 kq) bu yarışda iştirak etməyib.
Bunun səbəbini öyrənmək üçün Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq. O, bu idmançıların iştirak etməmə səbəblərini belə əlaqələndirdi:
“Zelim Kotsoyevin səhhətində problem vardı. Kəramət Hüseynov, eləcə də, Tofiq Məmmədov gənclərin dünya çempionatından zədəlidirlər. İrina və Hidayətə gəlincə, onlarda heç bir problem yox idi. Sadəcə olaraq, dekabrın 15-dən 16-dək Çinin Quançjou şəhərində nüfuzlu Masters turniri olacaq. Orada 43 ölkədən 207 cüdoçu iştirak edəcək. Hər iki idmançımız o turnirə dəvət alıb. Onları mümkün zədədən qorumaq üçün yığma məşqçiləri qərar verdilər ki, Respublika çempionatında güləşməsinlər”.
Qeyd edək ki, mötəbər turnirdə iştirak edəcək idmançılarımızdan Qazaxıstan doğumlu Hidayət Heydərov böyüklərdə Avropa çempionu və dünya üçüncüsüdür. Ukraynalı legionerimiz İrina Kindzerskaya isə ötən il dünya üçünçüsü olub.
Səbuhi MUSAYEV
www.oxu.az
"Çin" teqi üzrə xəbərlər
- Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi
- Azərbaycan XİN Çinə başsağlığı verib
- Çempionlar Liqasının ikiqat qalibi olan peşəkar klub statusunu itirib
- Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı
- Çindən dünyaya yeni pandemiya təhlükəsi: Metapnevmovirus yayılır
Rəylər