Bu gecə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, ilk mərhələdə 8 klub qarşılaşıb.
Keçirilən görüşdə ümumilikdə 10 qol vurulub. Cavab oyunları aprelin 23-də baş tutacaq.
1/4 final mərhələsinin ilk oyunlarının nəticələrini təqdim edirik:
Avropa Liqası, 1/4 final
16 aprel
“Sevilya” (İspaniya) – “Zenit” (Rusiya) - 2:1
Qollar: Karlos Bakka, 73; Denis Suares, 88; - Aleksandr Ryazantsev, 29.
“Brügge” (Belçika) – “Dnepr” (Ukrayna) - 0:0
“Dinamo” (Ukrayna) – “Fiorentina” (İtaliya) - 1:1
Qollar: Jermeyn Lens, 36; - Babakar, 90.
“Volfsburq” (Almaniya) – “Napoli” (İtaliya) - 1:4
Qollar: Niklas Bendtner, 80; - Qonzalo İquain, 15; Marek Hamşik, 23; 64; Qabbiadini 77.